Rusiyada “İlin qadını” seçildi - Fotolar

rusiyada-ilin-qadini-secildi
Oxunma sayı: 5646

Moskvanın “Gelikon Opera” teatrında “Glamour” jurnalının “İlin qadını” mükafatının təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, tədbirin aparıcıları İvan Urqant, Olqa Şelest və Aleksandr Qudkov olub. Qonaqlar arasında bir çox tanınmış simalar yer alıb. 

“İlin qadını” nominasiyasında əsas mükafatı aktrisa Çulpan Xamatova alıb. O, bu mükafata “Qorbaçyov” tamaşasında və Kirill Serebrennikovun “Qripə tutulan Petrovlar” filmindəki rollarına görə layiq görülüb.

“İlin aktrisası” İrina Starşenbaum, “İlin müğənnisi” Rusiyanı “Avroviziya-2021”də təmsil etmiş Manija, “İlin müəllifi” Katerina Qordeyeva, “İlin kişisi” Yevgeni Çebatkov, “İlin idmançıları” Dina və Arina Averinalar, “İlin rejissoru” Kira Kovalenko, “İlin komandası” Yekaterina Şilyayeva və Alisa Qladçenko seçiliblər.

Çulpan Xamatova

Yana Rudkovskaya

Anna Sedokova

Manija

Jasmin

Yuliya Baranovskaya

İvan Urqant

Rita Dakota

Yuliya Saviçeva

İrina Starşenbaum

Olqa Şelest

Yevgeni Çebatkov