Rusiyada neft və təbii qaz hasilatı statistikası dərc edilməyəcək

rusiyada-neft-ve-tebii-qaz-hasilati-statistikasi-derc-edilmeyecek
Oxunma sayı: 1656

Rusiya hökuməti ölkədə neft və qaz hasilatı statistikasının dərcini 2024-cü il aprelin 1-dək dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, qərar ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevral ayında imzaladığı qanun hökumətə istənilən rəsmi statistikanı gizlətmək səlahiyyəti verib.