Rusiyada seçkilərin yekun nəticəsi bu tarixdə açıqlanacaq

rusiyada-seckilerin-yekun-neticesi-bu-tarixde-aciqlanacaq
Oxunma sayı: 1153

Rusiyada keçirilən prezident seçkilərinin yekun nəticəsi martın 21-i açıqlanacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova açıqlayıb. 

Onun sözlərinə görə, builki seçkilərdə 77,44% təşkil edən seçici fəallığı Rusiyanın yeni tarixində rekord göstərici olub. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçirilib. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparıb.