Rusiyada təyyarə qəzasında ölənlərin sayı 41 nəfərə çatdı - Fotolar

rusiyada-teyyare-qezasinda-olenlerin-sayi-41-nefere-catdi
Oxunma sayı: 6267

Moskvanın “Şeremetyevo” hava limanında “Aeroflot” şirkətinə məxsus “SSJ-199” sərnişin təyyarəsinin eniş zamanı yanması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edək ki, göyərtədə 78 sərnişin olub.

***

Qəzada həlak olanlardan biri Ceremi Hinton Bruks adlı ABŞ vətəndaşıdır.