Rusiyadan Çinə uçan təyyarə təcili eniş etdi

rusiyadan-cine-ucan-teyyare-tecili-enis-etdi
Oxunma sayı: 1736

Rusiyanın Krasnoyarsk vilayətindən Çinə uçan təyyarə təcili eniş edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İNTERFAX məlumat yayıb.

Bildirilib ki, Çinə uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən İrkutskda təcili eniş edib.

“Krasnoyarskdan Çinin Mançuriyasına uçan “Bombardier CRJ-200” təyyarəsinin kapitanı hündürlüyə nəzarət cihazlarının nasazlığı barədə məlumat verib və İrkutskda təcili eniş tələb edib”, - agentliyin mənbəsi bildirib.

Məlumata görə, təyyarənin göyərtəsində 40 nəfər olub.