Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılmasına münasibət bildirib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov onda belə bir məlumatın olmadığını bildirib:
“Ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm”.
Peskov Vardanyanın Rusiya vətəndaşı olub-olmamasına aydınlıq gətirməkdə çətinlik çəkib: “Mən bu barədə əmin deyiləm, ona görə də dəqiq şərh verməkdə çətinlik çəkirəm. Onun Rusiya vətəndaşlığı var idi. Amma vətəndaşlıqdan imtina edibsə, bu başqa məsələdir”.