Rusiyanın 200 milyard avroluq aktivləri dondurulub

rusiyanin-200-milyard-avroluq-aktivleri-dondurulub
Oxunma sayı: 1720

Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının 200 milyard avrodan (215 milyard dollar) çox aktivlərini dondurub.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, bu, Aİ ölkələrinin 10-cu sanksiya paketindən sonra bloklanan aktivlərlə bağlı açıqlanan yeni rəqəmlərdən sonra məlum olub.

Rəqəmləri təsdiqləyən Avropa Komissiyasının sözçüsü Kristian Viqand deyib: “Aİ Rusiyanın Ukraynada dəymiş ziyanı ödəməsini təmin etməkdə qərarlıdır. Buna görə də Aİ Rusiyanın dondurulmuş aktivlərindən bu məqsədlə istifadə yollarını araşdırır”.

Qeyd edək ki, Avropa İttifaqı, həmçinin sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslərin Rusiyadakı 24,1 milyard avroluq şəxsi aktivlərini dondurub. Təxminən 1500 nəfərə sanksiya tətbiq edilib, yüzlərlə mal və texnologiyanın ixracı məhdudlaşdırılıb və Moskvanın bir çox əsas gəlir mənbələri hədəf alınıb.