Rusiyanın xarici siyasətinin yenilənmiş Konsepsiyasında nələr var? - Yenilənib - Video

rusiyanin-xarici-siyasetinin-yenilenmis-konsepsiyasinda-neler-var
Oxunma sayı: 2434

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirir.

“Qafqazinfo” xəbər verir ki, iclasın mövzusu RF xarici siyasətinin yenilənmiş Konsepsiyasının qəbul edilməsidir.

“Beynəlxalq həyatda köklü dəyişikliklər strateji planlaşdırmanın əsas sənədlərini ciddi şəkildə tənzimləməyimizi tələb etdi”, - Putin deyib.

***

Yeni Konsepsiyada nələr var?

Rusiya özünü Qərbin düşməni hesab etmir və ondan təcrid olunmur, düşmən niyyəti yoxdur;

Rusiya Qərbin qarşıdurmanın perspektivsizliyini dərk etməsinə və bərabərhüquqlu qarşılıqlı fəaliyyətə qayıtmasına ümid edir;

Moskva ABŞ kursunu öz təhlükəsizliyi və beynəlxalq sülh üçün əsas risk mənbəyi hesab edir;

Prioritet diqqət ABŞ-nin dünyadakı dominantlığının rudimentlərinin aradan qaldırılmasına yönəldiləcək;

Moskva qarşılıqlı prinsip əsasında bütün ölkələr üçün təhlükəsizliyi bərabər şəkildə təmin etməyə çalışır;

Çin və Hindistanla əlaqələrin və koordinasiyanın hərtərəfli dərinləşməsi xüsusilə vacibdir;

Yaxın xaricdə əsas məqsəd bölgəni sülh, mehriban qonşuluq və firavanlıq zonasına çevirməkdir.