Rusiyaya qarşı əks-hücum hazırlıqları sona çatır

rusiyaya-qarsi-eks-hucum-hazirliqlari-sona-catir
Oxunma sayı: 1913

“Rusiyaya qarşı əks-hücum hazırlığı sona çatır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.

Reznikov vurğulayıb ki, müttəfiq ölkələrin  hərbi vəsaitləri Ukraynaya qismən çatdırılıb.

Nazir qeyd edib ki, bəzi silah növləri ilə bağlı təlimlər sona yetib.

“Hazırlıqlar sona çatır, çünki bizim əsgərlərimizin silah və texnikadan əlavə təlimə də ehtiyacı var”, - deyə Reznikov söyləyib.