Rüşvət alan xəstəxana rəhbəri və həkimə - Şərti cəza verildi

rusvet-alan-xestexana-rehberi-ve-hekime
Oxunma sayı: 3664

Rüşvət almaqda ittiham edilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyevanın məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (rüşvət alma, təkrar rüşvət alma) təqsirli biliniblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər ikisinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilsə də, A.Zamanova 1 il 6 ay, K.Hacıyevaya isə 1 il sınaq müddəti verilməklə həmin cəzalar şərti hesab edilib. Beləliklə, hər iki şəxs azadlıqda qalıb.

Belə ki, dövlət ittihamçısı çıxışında məhkəməyə K.Hacıyeva barəsində cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi hesab edərək, ona Cinayət Məcəlləsinin 62-ci maddəsinin (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməsini təklif edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 4 epizod üzrə rüşvət almada ittiham ediliblər.