Saakaşvili həbsxanaya qaytarıldı

saakasvili-hebsxanaya-qaytarildi
Oxunma sayı: 1839

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasına aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçinin sevgilisi Yelizaveta Yasko məlumat verib.

“Onun hansı vəziyyətdə olduğunu heç kim bilmir. Saakaşvilini Rustavidəki həbsxanaya aparıblar. Əlavə məlumat yoxdur”, - deyə Yasko bildirib.

Məlumata görə, hazırda Saakaşvilinin vəkili Nika Qvaramiya müdafiə etdiyi şəxslə görüşmək üçün icazə gözləyir.

“İndi məni yalnız onun sağ olub-olmaması və hər hansı bir şəkildə xəsarət alıb-almaması maraqlandırır", - Saakaşvilinin vəkili bildirib.

Qeyd edək ki, Yelizaveta Yasko bundan əvvəl Saakaşvilinin vəziyyətinin ağır olduğunu və onun Qoridəki xəstəxanadan çıxarıldığını bildirmişdi. 

Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. Həbsinə etiraz olaraq aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.