Sabah Bakının bu ərazilərində qaz olmayacaq

sabah-bakinin-bu-erazilerinde-qaz-olmayacaq
Oxunma sayı: 4666

Səbail rayonu, Bayıl qəsəbəsi, Elşən İsmayılov küçəsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması, Xətai rayonunun R.Əsgərov küçəsi 39 və S. Mehmandarov küçəsi 94 A ünvanlarında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 04.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Səbail rayonunun Bayıl qəsəbəsinin və Xətai rayonunun R.Əsgərov, S. Mehmandarov, Ə.Şıxlinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.