Sabah bəzi yollarda görmə məhdudlaşacaq

sabah-bezi-yollarda-gorme-mehdudlasacaq
Oxunma sayı: 747

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 10-da bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.