“Sabah” tarix yazıb ÇL-in qrupuna düşdü - Video-Yenilənib

sabah-tarix-yazib-cl-in-qrupuna-dusdu
Oxunma sayı: 7841

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunlarına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da həlledici qarşılaşmada meydana çıxacaq.

Bakı təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel” (Beer-Şeva) ilə üz-üzə gələcək.

Saat 20:45-də başlayacaq görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

İlk oyunda səfərdə rəqibinə 1:2 hesabı ilə məğlub olan “Sabah” doğma meydanda bu nəticəni dəyişərək, növbəti mərhələyə yüksəlməyə çalışacaq.

UEFA Çempionlar Liqası

Pley-off, cavab oyunu

25 avqust

20:45. “Sabah” (Azərbaycan) - “Hapoel” (Beer-Şeva, İsrail)

Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya)

VAR: Bastian Dankert (Almaniya)

AVAR: Katalin Popa (Rumıniya)

Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 1:2.

***

Komandaların start heyətləri bəlli olub:

“Sabah”: 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 80 Akim Zedadka, 5 Rəhman Daşdəmirov, 27 Timoteuş Puxaç, 7 Umarali Raxmonəliyev, 13 İvan Lepiniça, 21 Velko Simiç, 11 Kahim Parris, 8 Kristian Nvaçukvu, 20 Coy Lens Mikels

Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 10 Aleksey İsayev, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 34 Ksander Severina, 88 Rodriqo Fernandeş, 99 Orfe Mbina

“Hapoel” (Beer-Şeva, İsrail): 1 Marsiano, 5 Pedro Amador, 12 Rotman, 4 Migel Vitor (k), 2 Mizrahi, 7 E. Perets, 25 Ventura, 28 Yehoshua, 9 Əhməd, 66 Zlatinoviç, 20 İst

Ehtiyat oyunçular: 34 Volf, 3 Baltaxa, 8 Kanaan, 11 Qanah, 13 Davidzada, 14 Malede, 18 Levi, 19 Ohana, 27 Y. Stoyanov, 44 Diop, 45 Abu Rumi, 70 Joao Vitor

***

Matç başladı.

***

İqor Zlatinoviç 3-cü dəqiqədə fərqlənsə də, qol ofsayd səbəbindən qeydə alınmır.

***

İqor Zlatinoviç 10-cu dəqiqədə hesabı açır.

***

Coy Lens Mikels 38-ci dəqiqədə hesabı 1:1 edir. Ümumi hesab isə 2:3 edir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Qay Mizrahi 61-ci dəqiqədə hesabı 2:1 edir.

***

Umorali Raxmonaliyev 74-cü dəqiqədə hesabı 2:2 edir. Ümumi hesab isə 3:4-dür.

***

Tellur Mütəllimov 90+4-də hesabı 3:2 edir. Ümumi hesab 4:4-dür.

***

Matç başa çatdı. Komandalar əlavə dəqiqələrdə münasibətlərinə aydınlıq gətirəcəklər.

***

Əlavə dəqiqələr başladı.

***

Ofer Mbina 101-ci dəqiqədə fərqi artırır.

***

Coy Lens Mikels hesabı 5:2 edir.

***

Matç komandamızın 5:2 hesablı qələbəsi ilə başa çatır