Sabah saat 14:00-da, Xankəndidə... - Fotolar

sabah-saat-1400-da-xankendide
Oxunma sayı: 5645

Xəbər verdiyimiz kimi, dekabrın 21-i Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, matça bir gün qalmış arenanın yeni fotolar yayılıb.

Fotolarda stadionun işıqlandırma sisteminin də hazır olduğu öz əksini tapıb. Bundan başqa, qapı arxasındakı sektorda “Qarabağ Azərbaycandır!”, reklam lövhələrində isə #Bizqayıtdıq həştəqinin  yazılması da diqqətdən qaçmayıb.

Qeyd edək ki, maraqla gözlənilən qarşılaşma sabah saat 14:00-da start götürəcək.