Sumqayıtın bir hissəsində qaz olmayacaq

sumqayitin-bir-hissesinde-qaz-olmayacaq
Oxunma sayı: 2938

2023-2024-cü illərin payız-qış mövsümü üzrə tədbirlər planına əsəsən Sumqayıt şəhərinin Corat qəsəbəsində tənzimləyici qurğunun quraşdırılması və Corat bağlarında yeni çəkilmiş müxtəlif diametrli daşıyıcı qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar “Sumqayıt” QTM-in çıxışında “Şəhər-4” orta təzyiqli qaz xəttindən qidalanan diametri 108 mm-lik orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır. 

“Qafqazinfo” xəbər verir ki, bu “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sumqayıt şəhərinin Təzə Corat, Köhnə Corat, Novruz qəsəbələrinin, Corat və Novxanı bağlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.