İstanbulun Tuzla bölgəsində təbii qaz boru xəttində həyata keçirilən təmir işləri zamanı partlayış baş verib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, boru xəttində partlayışa səbəb qaz sızması olub.
Həmçinin oxuyun: Бакинская Оксфордская школа конфискована
Məlumata görə, təmir işləri Sabiha Gökçen Hava Limanında təyyarələrin havaya qalxma istiqamətində olduğu üçün aeroportda qabaqlayıcı tədbirlər məqsədilə uçuşlar dayandırılıb.
Bu səbəbdən, 3 təyyarə İstanbul Hava Limanına yönləndirilib. Hava limanında 1 saata yaxın fasilədən sonra uçuşlar bərpa edilib.