Sabiq Roma Papası uşaq istismarına göz yumub

sabiq-roma-papasi-usaq-istismarina-goz-yumub
Oxunma sayı: 1654

1978-2005-ci illərdə Roma Papası olan II İohan Pavelin uşaq istismarına göz yumduğu iddia edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Papa Krakov arxiyepiskopluğu dövründə kahinlərin uşaqları zorakılığa məruz qoyması barədə məlumatlı olub.

Lakin II İohan Pavel bunun qarşısını almaq üçün heç bir tədbir görməyib. Əksinə həmin faktları cəmiyyətdən gizləməyə çalışıb.

Qeyd edək ki, son dövrlər keşişlərin uşaqları istismar etməsi ilə bağlı bir çox iddia və fikirlər səslənməkdədir.