Şabranda maşın oğurlandı

sabranda-masin-ogurlandi
Oxunma sayı: 1208

Ötən gün Şabran rayonu ərazisində VAZ-2106 markalı, 17 BD 979 dövlət nömrə nişanlı avtomobil oğurlanıb.

“Qafqazinfo”nun xəbərinə görə, maşın sahibi bu barədə polisə məlumat verib.

Şabran Rayon Polis İdarəsinin yol-patrul xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyatla oğurlanan avtomobil Qusar rayonu ərazisində aşkarlanıb.

Maşının kim tərəfindən oğurlandığı bilinmir. Sürücü hadisə yerindən qaçıb. Polis həmin şəxsi axtarır.

Emin Gülağaoğlu