Türkiyənin məşhur intellektual yarışması “Kim Milyoner Olmak İster?”in son buraxılışında gözlənilməz hadisə yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, proqramın yeni bölümündə iştirakçı artıq ilk sualda səhv cavab verərək yarışmanı erkən tərk etmək məcburiyyətində qalıb.
İştirakçıya “Sizə çay, qəhvə, qazlı su, ayran, meyvə suyu kimi seçimlər təqdim olunursa, yəqin ki, əvvəlində hansı sual soruşulub?” sualı ünvanlanıb. İştirakçı isə tərəddüd etmədən “Acsan?” cavabını verib. Sualın doğru cavabı isə “Nə içərsən?” olub.
Səhv cavab nəticəsində də iştirakçı oyundan kənarlaşdırılıb.
Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər