Şadlıq evinin həyətində xəsarət alan şəxs öldü

sadliq-evinin-heyetinde-xesaret-alan-sexs-oldu
Oxunma sayı: 3414

Bakıda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.

“Qafqazinfo” xəbər verir ki, martın 16-da Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının həyətində Yavər Rəşidov "Hyundai" markalı yük avtomobillə qəza törədib. Belə ki, o, maşını arxaya doğru idarə edərkən piyada İlqar Tağılını vurub.

3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən İ.Tağılı martın 27-də vəfat edib.

Faktla bağlı Xətai RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə işi başlanıb.