Şagirdi öldürən şəxs 3 dəfə məhkum olunubmuş - Yenilənib

sagirdi-olduren-sexs-3-defe-mehkum-olunubmus
Oxunma sayı: 8238

Dünən Mingəçevir şəhərində məktəblini güllələyən şəxs saxlanılıb. 

DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, noyabrın 18-i axşam saat 20 radələrində Mingəçevir şəhərinin "Yeni Həyat" yaşayış massivində Ağdam rayon sakini, əvvəllər 3 dəfə məhkum olunmuş Əlvan Qasımov tapançadan atəş açaraq Xocalı rayon sakini Orxan Kərimovu qətlə yetirib. 

Həmçinin oxuyun: Məktəblini öldürən qonşusu imiş... - Yenilənib+Fotolar

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov tutulub. Onun üzərindən cinayəti törətdiyi "Makarov" tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb. 

Əlvan Qasımov istintaqa təhvil verilib. 

***

Qətl hadisəsi ilə bağlı Mingəçevir şəhər prokurorluğu məlumat yayıb. Məlumatda bildirilib ki, noyabrın 18-də Orxan Kərimovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:

"Aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun  şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir. İş üzrə istintaq tədbirləri davam etdirilir".

Murad Əhməd