Sahibkarlarla növbəti görüş Samuxda keçiriləcək

sahibkarlarla-novbeti-gorus-samuxda-kecirilecek
Oxunma sayı: 708

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

“Qafqazinfo” xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq  mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq.

Aksiya Samux şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq.

“Səyyar qəbul otağı” mayın 3-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.