Şahruddindən Superliqa matçında vacib qurtarışlar - Video

sahruddinden-superliqa-matcinda-vacib-qurtarislar
Oxunma sayı: 5849

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə Superliqasının 16-cı turunda “Qazientep”lə qarşılaşıb. 

“Qafqazinfo” xəbər verir ki, yığmamızın çərçivə qoruyucusu bu matçda seyvləri ilə yadda qalıb. 

Xüsusən Şahruddinin 89-cu dəqiqədə komandasını yüz faizlik qoldan xilas etməsi diqqət çəkib. 

Qarşılaşma isə 2:2 hesabı ilə başa çatıb.