Şahruddinin komandası “Qalatasaray”a qarşı

sahruddinin-komandasi-qalatasaraya-qarsi
Oxunma sayı: 1382

Türkiyə Super Liqasında 15-ci turun oyunlarına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə “Qalatasaray”ın qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 21:00-da start götürəcək.

14 turdan sonra 37 xal toplayan “Qalatasatay” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 23 xalı olan “Adana Demirspor” isə 5-ci yerdədir.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 14-cü turda “Adana Demirspor”un “Samsunspor”a 2:3 hesabı ilə məğlub olduğu matçda 90 dəqiqə meydanda olub.