Norveçdə Şahzadə Mette-Maritin səhhəti son dövrlərdə pisləşib və onun üçün ağciyər transplantasiyası nəzərdən keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Norveç Kral Sarayı məlumat yayıb.
Bildirilib ki, ona 2018-ci ildə ağciyər fibrozu diaqnozu qoyulub, lakin Şahzadənin transplantasiya gözləmə siyahısına nə vaxt daxil ediləcəyi hələlik məlum deyil.
52 yaşlı Mette-Marit vəliəhd Şahzadə Haakonun həyat yoldaşıdır.
Qeyd edilib ki, payız aylarında aparılan tibbi testlər Şahzadənin sağlamlıq vəziyyətində ciddi pisləşmə olduğunu göstərib. Eyni zamanda, Şahzadə üçün uyğun ağciyər donorunun axtarışı davam edir.
Oslo Universitet Xəstəxanasının Pulmonologiya şöbəsinin professoru Dr. Are Martin Holm isə bildirib ki, ağciyər transplantasiyası üçün lazımi prosesə yaxınlaşırlar:
“Vaxt çatanda transplantasiyanın həyata keçirilməsi üçün bütün hazırlıqları davam etdiririk”.
Qeyd edək ki, ağciyər fibrozu ağciyərlərdə çapıq əmələ gəlməsinə və oksigen qəbulunun azalmasına səbəb olan xroniki xəstəlikdir.
Son xəbərlər
Son Xəbərlər