Uelsin keçmiş Şahzadəsi Diananın üç libası ABŞ-də hərraca çıxarılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Şahzadənin paltarları ABŞ-nin Beverly Hills şəhərindəki hərracda satılacaq.
Hərrac evi rəsmiləri Diananın geyimlərinin bu gün də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
"Diana sehrli qadın idi. O, həm də İngiltərənin gələcək kralının anasıdır, ona görə də alınan əşyaların gələcək dəyərini bilmək vacibdir", - deyə rəsmilər bildirib.
Şahzadə Diananın qırmızı paltarının 200 min ilə 300 min dollar arasında alıcı tapacağı təxmin edilir.
Həmçinin, Diananın 1986-cı ildə Kanadaya səfəri zamanı geyindiyi yaşıl paltarın 100-200 min dollara satılacağı gözlənilir.
Uels Şahzadəsinin ağ-qara paltarının 60 min dollardan 80 min dollara alıcı tapacağı da ehtimal olunur.



Son xəbərlər
Son Xəbərlər