Şahzadənin dəbdəbəli toyundan - Video - Fotolar

sahzadenin-debdebeli-toyundan
Oxunma sayı: 6315

İordaniya kralı II Abdullah və həyat yoldaşı kraliça Rania Al Abdullahın qızları şahzadə İmanın toy mərasimi keçirilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı şahzadə ilə 27 yaşlı yunanəsilli maliyyəçi Cəmil Termiotisin toyu paytaxt Əmmanda “Beit Al Urdon Palace” sarayında baş tutub. 

Mərasim ölkə televiziyasında canlı yayımlanıb. 

Qeyd edək ki, 3 il əvvəl tanış olan cütlüyün nişanı 2022-ci ilin dekabrında keçirilib. Ötən həftə kraliça Rania qızı üçün xına mərasimi təşkil edib.