Salyanda qardaş qardaşı öldürdü

salyanda-qardas-qardasi-oldurdu
Oxunma sayı: 3825

Salyan rayon sakini qardaşı tərəfindən bıçaqlanaraq öldürülüb. 

Salyan rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə iyulun 15-i saat 03 radələrində qeydə alınıb. 

Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı, 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasovun sağ ayağın bud, baldır və sol çiyin nahiyələrinə bıçaqla xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Mehman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.