Şamaxıda uşaqlar ilk çərşənbəni belə qarşıladı - Fotolar

samaxida-usaqlar-ilk-cersenbeni-bele-qarsiladi
Oxunma sayı: 1297

Şamaxı rayonunda Novruz bayramının qarşılanması məqsədilə hazırlıq işlərinə başlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, rayonun küçə və meydanlarında, həmçinin şəhərin girişindəki dairəvi yolkənarında müxtəlif tərtibatlarda Novruz bayramının atributları quraşdırılır.

Bu məqsədlə Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin iştirakı ilə baharın gəlişini özündə ehtiva edən xüsusi simvollar hazırlanaraq müəyyən olunmuş ərazilərdə yerləşdirilməsi işlərinə başlanılıb.