Yasamal rayonu Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi işıqforlarla tənzimlənəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar NİİM tərəfindən yolda yeni işıqfor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər