“Samir Abasovun gedişindən sonra komanda yaxşıya doğru dəyişib” - “Neftçi”nin oyunçusu

samir-abasovun-gedisinden-sonra-komanda-yaxsiya-dogru-deyisib
Oxunma sayı: 1566

“Neftçi”nin futbolçusu Sessi Dalmeyda maraqlı açıqlaması ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, ötən gecə “Zirə”yə Azərbaycan Kubokunun 1/8 finalında uduzduqdan sonra Samir Abasovun gedişindən danışıb. 

Fransalı yarımmüdafiəçi komandada mentalitetin dəyişdiyini bildirib: “Fikrimcə, mentalitet yaxşıya doğu dəyişib. Oyunçular indi komanda üçün daha çox fədakarlıq edirlər. Yeni baş məşqçi ilə çoxlu müsbət dəyişikliklər var, yeni düşüncə, yeni yanaşmanı görürük. Ona işləmək üçün imkan versək, böyük işlər görəcəyinə inanıram”.