“Neftçi” Dünya Seriyasında mübarizəyə başlayır

neftci-dunya-seriyasinda-mubarizeye-baslayir
Oxunma sayı: 228

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verir.

“Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar” B qrupunda mübarizə aparacaq.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Bakı vaxtı ilə saat 11:20 Polşa, 15:30-da isə Çinlə üz-üzə gələcək.

Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.