Mayın 9-da Moskvada mobil internet, o cümlədən SMS xidməti tamamilə məhdudlaşdırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
Bu qərar Rusiya paytaxtında Qələbə Günü ilə bağlı keçiriləcək tədbirlərə görə verilib.
“Evlərdə internet və Wi-Fi isə heç bir məhdudiyyət olmadan adi rejimdə işləməyə davam edəcək”, - nazirliyin bəyanatında deyilir.
Son xəbərlər
Son Xəbərlər