Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 5 nömrəli Uşaq Musiqi Məktəbində növbəti dəfə şəhər sakinləri ilə səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Sakinlərin müraciətləri arasında işlə təminat, maddi yardım və digər məsələlər yer alıb. İcra başçısı qaldırılan problemlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib.
Bir çox məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.







Son xəbərlər
Son Xəbərlər