Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu rayonun Tatarməhlə kəndinin sakinləri ilə keçirib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səyyar qəbul zamanı Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasi irsinin təntənəsidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, müasir müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, möhkəm dövlətçilik prinsipləri və milli maraqlara əsaslanan strateji xəttinin parlaq təntənəsidir. O qeyd edib ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçib, regionun aparıcı dövlətinə çevrilib və beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
RİH-in başçısı zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun və kənddaxili yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, işlə təmin olunma, kənddə körpələr evi-uşaq bağçasının açılması, kollektor-drenaj kanalının qazılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.





Son xəbərlər
Son Xəbərlər