Samsunda qadın köhnə sevgilisinin yeni tanışını üzündən bıçaqladı

samsunda-qadin-kohne-sevgilisinin-yeni-tanisini-uzunden-bicaqladi
Oxunma sayı: 476

Samsunun Atakum rayonunda gənc qadın keçmiş sevgilisinin yeni münasibətdə olduğu qadına hücum edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə “Yenimahalle”dəki evlərdən birində baş verib.

Bildirilir ki, K.N.Y. (23) və onun sevgilisi U.C.İ. (24) evdə olarkən, alt mərtəbədə yaşayan E.E. (26) qapını döyüb. Qapını açan K.N.Y.-yə bıçaqla hücum edib və gənc qızı üzündən yaralayıb.

Hadisə barədə polis və təcili tibbi yardım briqadası çağırılıb. E.E. isə polis tərəfindən həbs olunub.