Samuxda partlayış, yaralılar var

samuxda-partlayis-yaralilar-var
Oxunma sayı: 1658

Samuxda qaz balonunun partlaması nəticəsində iki nəfər ağır yanıq xəsarəti alıb. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Salahlı kəndində qeydə alınıb. Kənd sakini 1961-ci il təvəllüdlü Abbasov Şahbaz İlyas oğlu qaz balonunu düzəldən zaman partlayış baş verib. 

Nəticədə bütün bədən səthi yanıb. Onun qardaşının həyat yoldaşı 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı isə yuxarı ətrafın yanığı xəsarətini alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. A. Şahbazın vəziyyəti ağırdır, qadın isə şokdadır.

Elmar Əli