Sankt-Peterburq yağışa təslim oldu - Video

sankt-peterburq-yagisa-teslim-oldu
Oxunma sayı: 1736

Rusiyanın Sankt-Peterburq şəhərinin sakinləri yağan güclü yağışlar səbəbindən küçələrdə daşqınlarla üzləşiblər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Fontanka” teleqram kanalı yazıb.

Sosial şəbəkələrdə küçələrdə sudan keçən avtomobillərin kadrları paylaşılır. Onlardan birində kişi əlləri üzən maşını itələyir.

Qeyd edək ki, avqustun əvvəlində də şəhəri su basmışdı.