UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, raundun cavab oyunlarından sonra turnirin finalçıları müəyyənləşib.
İngiltərənin “Kristal Pelas” klubu doğma meydanda Arda Turanın baş məşqçisi olduğu Ukrayna təmsilçisi “Şaxtyor”u qəbul edib. Gərgin keçən qarşılaşma London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər yarımfinal matçında isə Fransanın “Strasburq” klubu İspaniya təmsilçisi “Rayo Valyekano” ilə üz-üzə gəlib. Fransızlar bu görüşdə də rəqibinə minimal hesabla məğlub olaraq turnirlə vidalaşıblar.
Beləliklə, iki oyunun nəticəsinə görə “Kristal Pelas” və “Rayo Valyekano” komandaları finala vəsiqə qazanıblar.
Xatırladaq ki, UEFA Konfrans Liqasının həlledici final matçı mayın 27-də Almaniyanın Leyptsiq şəhərində keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər