Seçicilərin 75 faizdən çoxu səs verib - Yenilənib

secicilerin-75-faizden-coxu-ses-verib
Oxunma sayı: 13027

Bu gün saat 10:00-a olan seçici fəallığı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

Xəbəri rus dilində oxuyun: Уникальные кадры боев в Карабахе - ВИДЕО

O qeyd edib ki, saat 10:00-a qədər respublika üzrə 1 259 371 nəfər səs verib. Seçici fəallığı 19,44 % olub.

F.Orucov əlavə edib ki, hesabat vermiş məntəqələrin sayı 6 493-dür.

***

Saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 38, 57 % olub.

F.Orucovun sözlərinə görə, qeyd edilən müddətə qədər respublika üzrə 2 499 033 nəfər səs verib. Hesabat vermiş məntəqələrin sayı 6499-dur.

***

Saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, saat 15:00-a qədər respublika üzrə seçici fəallığı  60, 54% olub.

Qeyd edilən müddətə qədər respublika üzrə 3 922 187 nəfər səs verib.

Hesabat vermiş məntəqələrin sayı 6515-dir.

***

Saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, saat 17:00-a qədər respublika üzrə seçici fəallığı 70,85% olub.

Qeyd edilən müddətə qədər respublika üzrə 4 590 075 nəfər səs verib.

Hesabat vermiş məntəqələrin sayı 6521-dir.

***

Saat 19:00-a olan son seçici fəallığı açıqlanıb.

Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, saat 19:00-a qədər respublika üzrə 4 971 032 nəfər səs verib. Seçici fəallığı 76,73% olub.

Hesabat vermiş məntəqələrin sayı 6522-dir.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərində iştirak etmək üçün seçici siyahılarında 6 478 623 nəfər var. Seçicilər 6537 məntəqədə səs verirlər.

Gülnar Əliyeva