Azərbaycanda gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri üçün seçki bülletenlərinin hazırlanması yanvarın 28-dək yekunalaşacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, səsvermə gününə ən azı 10 gün qalmış olacaq.
Səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması isə yanvarın 31-dək davam edəcək.
Qeyd edək ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında 2024-cü il fevralın 7-də seçkilərin təyin edilməsi haqqında qərar qəbul edildib. Qərar qəbul edildikdən sonra ən geci 2 gün müddətində (dekabrın 10-dək) dərc edilməlidir.