“Səhər prezidentlə görüşdüm, səhhəti çox yaxşıdır”

seher-prezidentle-gorusdum-sehheti-cox-yaxsidir
Oxunma sayı: 2270

Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb. 

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Koca bu barədə Konyada iştirak etdiyi bir tədbirdə danışıb. 

“Bu gün səhər Prezidentlə görüşdüm. Hamınıza salamı var. Səhhəti çox yaxşıdır, infeksiyanın təsiri azalıb. Tezliklə proqramında olan fəaliyyətlərə davam edəcək”, - deyə türkiyəli nazir qeyd edib. 

Xatırladaq ki, R. T. Ərdoğan aprelin 25-i yerli mediaya müsahibə verərkən özünü pis hiss edib və buna görə canlı yayım qısa müddətlik dayandırılıb. O, daha sonra bir qədər soyuqladığını və mədəsinin ağrıdığını açıqlayıb. Türkiyə lideri həkimlərinin tövsiyəsinə uyğun olaraq aprelin 26-sı planlarını ləğv edərək evində istirahət edib.