Şəhid qardaşların anasına qarşı oğurluq edən şəxs tutuldu

sehid-qardaslarin-anasina-qarsi-ogurluq-eden-sexs-tutuldu
Oxunma sayı: 2148

Mingəçevirdə şəhid anasının mobil telefonunu və pulqabısını oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin əvvəllər də bir neçə dəfə məhkum olunmuş şəhər sakini Vüsal Mahmudov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və üzərində şəxsi axtarış keçirilən zaman külli miqdarda narkotik vasitə-heroin aşkarlanaraq götürülüb.

Həmçinin oxuyun: Новая депозитная кампания от Халг Банка

Araşdırma zamanı V.Mahmudovun oğurluğu törətdikdən sonra mobil telefonu şəhər ərazisində yerləşən yarımtikilidə gizlətdiyi, pulqabını isə  küçəyə atdığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin əşyalar da maddi sübut kimi götürülüb.  

Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, V.Mahmudovun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşlarının anası Sevinc Əhmədova bir neçə gün öncə oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər xiyabanına getmişdi. Məzarların ətrafında təmizlik işləri apararkən onun başının qarışmasından istifadə edən şəxs qadının çantasından telefon və pul qabısını oğurlamışdı.