Şəhid Vüsalın adı yeni doğulan körpəyə verildi

sehid-vusalin-adi-yeni-dogulan-korpeye-verildi
Oxunma sayı: 3795

Şəhid Vüsal Vəliyevin adı yeni dünyaya gələn körpəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı şəhidin qardaşı Əpoş Vəliyev feysbuk hesabında paylaşım edib.

O, yeni dünyaya gələn qohumlarının övladına qadaşının adının verildiyini bildirib: “Qəşəm Vüsal “qaqa”sının qucağında böyümüşdü. Bundan sonra Qəşəmin qucağında Vüsal böyüyəcək”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvəllərinin zabiti, 1988-ci il təbəllüdlü Vəliyev Vüsal İslam oğlu 44 günlük Vətən müharibəsində şəhid olub.