“Hazırda Səhiyyə Nazirliyində islahatlar aparılır”.
“Qafqazinfo” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında deyib.
“TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilərmi?”sualına isə nazir cavab verməyib. O bu suallara TƏBİB Müşahidə Şurasının cavab verə biləcəyini bildirib.
Xəbəri rus dilində oxuyun: Министр о будущем TƏBİB и эстетической медицине
T.Musayev həmçinin hazırda fəaliyyətinə icazə verilən plastik cərrahlarla bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, plastik və estetik əməliyyat üçün icazəsi olan cərrahların sayı 45 nəfərdir. Nazirin sözlərinə görə, bu sahədə vəziyyət düzəlib, icazəli cərrahların sayı ilbəil arta bilər.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər