Şəhriyar Bayramov şəhid ailəsini ziyarət etdi - Fotolar

Şəhriyar Bayramov şəhid ailəsini ziyarət etdi
Oxunma sayı: 863

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Şəhriyar Bayramov 115 saylı orta məktəbə adı verilən şəhid Azər Məmmədovun ailəsini ziyarət edib.

"Qafqazinfo" xəbər verir ki, o, daha sonra Xutor yaşayış massivi, Şimal tingliyi 1 ve 2 ünvanları, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan sakinlərlə ev-ev, məhlə-məhlə görüşlər keçirib. Şəhriyar Bayramov görüşlərdə, sakinlərin şəraitləri ilə tanış olub, onların problemlərini qeydiyyata götürüb və sosial rifahlarının yaxşılaşdırılması istiqamətində gələcək planları barədə öz fikirlərini bölüşüb, qanunvericilik orqanda fəaliyyət proqramından danışıb. 

Daha sonra Milli Məclisə seçkilərdə namizəd Şəhriyar Bayramov çətin şəraitdə yaşayan sakinləri ziyarət edib, onların fikirləri ilə tanış olub, seçki platforması haqda məlumatlar verib. 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi