Şəkidə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans - Fotolar

sekide-heyder-eliyev-ve-azerbaycanciliq-mefkuresi-movzusunda-konfrans
Oxunma sayı: 1578

Martın 28-də “Heydər Əliyev İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhər rəhbərliyi, elm adamları, ziyalılar və ictimaiyyətin aparıcı nümayəndələri iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirb ki, azərbaycançılıq ideologiyasının yaranması və müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:

“Dahi şəxsiyyət məhz bu ideologiyaya əsaslanan milli dövlət yaratmış, xalqda dövlətçilik hissini formalaşdırmışdır. Vurğulanıb ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi”.

İcra başçısı diqqətə çatdırıb ki, müasir dövrdə azərbaycançılıq ideologiyası öz təsir dairəsini genişləndirmiş, ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni cəhətdən daha da inkişaf etməsinə zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyev diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır.

Konfransın sonunda “Heydər Əliyev və Azərbaycançılıq” adlı film nümayiş olunub.