“Şəki yaylası”nda faciə - 2 nəfər öldü

seki-yaylasinda-facie
Oxunma sayı: 2728

Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib.

Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həlak olublar.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

***

“Oxu.az”ın məlumatına görə, hadisə “Şəki yaylası”nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində baş verib.

Mübariz Muradov