Liviyada baş verən sel fəlakəti nəticəsində evlərindən didərgin düşən 43 min insanın ən azı 17 mininin uşaq olduğu bildirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.
UNICEF, həmçinin uşaqların su ilə ötürülən və ya psixi sağlamlıqla əlaqəli xəstəliklərə məruz qaldığını da bildirib.
Qeyd edək ki, sentyabrın 10-da Liviyanın şərqindəki Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlar baş verib.
Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe sel səbəbindən 11 sentyabrda ölkə daxilində 3 günlük matəm elan edib.